Ferma

Piroservis şirkəti, sizə Prolyte Hollandiya şirkətinin məhsullarını təqdim edirik. Prolyte şirkətinin məhsulları arasında müxtəlif növlü alüminium məhsulları da vardır: H40 və X/H30. Birinci seriyaya üçbucaq və kvadratlar, ikincinə isə, kvadrat, üçbucaq və səthi formalar daxildir. Bu seriyaların formaların tətbiqi çox səmərəlidir, onlar kompakt ölçülü, az çəkili və çox möhkəm olurlar, həmçinin, kiçik və orta yüklənməyə malikdirlər. Daxili diaqonalların birləşdiyi sistemə əsasən konstruksiyaların yığılması çox sadədir. H və X seriyaları arasındakı əsas fərq əsas truba yanlarının qalınlığıdır. X seriyasına aid əsas truba 2 mm qalınlığa malikdir, H seriyasında isə 3 mm-dir. Bu seriyaların daxili quruluşları çox oxşardır, lakin, fərqli yüklənmə üzrə nəzərdə tutulmuşdurlar, həmçinin, fərqli texniki xüsusiyyətlərə malikdirlər. H seriyasının məhsullarının əsas trubası daha qalındır, buna görə də, onlar daha dayanıqlıdırlar.

  • example6
  • example6
  • example6
  • example6
  • example6
  • example6