Bakı şəhəri, Heydər Əliyev pros. 66
AZ RU EN
Əsas Səhifə Xidmətlər Konsert Avadanlıqları Qalereya Haqqımızda Əlaqə
(99450) 336-73-07

Piroservis — tam bir komandadır, biz gördüyümüz işi çox yaxşı bacarırıq.

Bizi peşəkarlıq birləşdirir. Piroservis Şirkəti səs, işıq, səhnə və video cihazların turnkey icarəsini təmin edir. Bizim texniki dəstək əsasında idman oyunları, böyük konsertlər, prezentasiyalar, sərgilər və tamaşalar təşkil olunur.

1997 İldən etibarən
Turnkey Açar təhvili icarə
Avropa Səviyyəsi Prolyte & Layher
Konsert Səhnəsi və Salyut
Piroservis Biz öz şöhrətimizi dəyərləndiririk

Xidmətlər və Texniki Təminat

Biz sadə, açıq və müəyyən sxemlərdən istifadə edirik.

Pirotexniki xidmətlər, salyutlar və fişənglər

Pirotexniki xidmətlər

Bizim şirkət yanan fiqurlar, yazılar kimi pirotexniki xidməti (salyutlar və fişənglər) təqdim edir. Fişənglər, praktiki olaraq istənilən bayramın, toy, ad günü, yubiley, korporativ gecələrin vacib atributlarıdır.

  • İşıqlı yazılar və işıqlı şəkillər
  • Yerüstü və park fişəngləri (60 metrə qədər)
  • Çox hündür fişənglər (300 metr hündürlüyə qədər)
Ətraflı Bax
Layher podium və konsert səhnəsi

Səhnə (Layher)

Layher podium və səhnələri istənilən mərasimin həyata keçirilməsi üçün uyğundur: festival, təqdimat, sərgi, forum, mədəni-kütləvi tədbirlər, konsert, konqres, konfrans, moda nümayişi, idman və korporativ tədbirlər.

  • Konsert səhnələrinin turnkey icarəsi
  • Orijinal səhnə kompleksləri
  • İstənilən miqyasda layihələrə uyğun quruluş
Ətraflı Bax
Professional konsert səs sistemi

Səs sistemi

Məlumdur ki, pis keyfiyyətsiz səs istənilən bayramı korlaya bilər. Səs sistemi, mikrofon və səs gücləndiricilər olmadan çox saylı tamaşaçıların olduğu heç bir tədbiri həyata keçirmək olmaz. Biz "premium" klas sistemi icarəsini təmin edirik.

  • Hər bir məkan üçün komplekt akustik hesab
  • Mikrofonlar və səs gücləndiricilər
  • Xırdalıqlara önəm verən peşəkar yanaşma
Ətraflı Bax
Konsert işıq sistemi

İşıq sistemi

İstənilən şirkətin uğuru ilk növbədə onun təşkilatçılığından asılıdır. Uğurlu təşkilatçılıq keyfiyyətli texniki təchizat olmadan mümkün deyildir. İşıq sisteminin icarəsi konsertlər, korporativ gecələr, toy və banket zallarının işıqlandırılması zamanı tələb olunur.

  • Bütün növ şou və bayramların işıqlandırılması
  • Dinamik konsert və zal işıqları
  • LASER NEW TEC ilə lazer səhnəqrafiyası
Ətraflı Bax
LED ekran video divarlar

Led ekran

Müxtəlif tədbirlərin, təqdimatların, konsertlərin, bayramların, sərgi və şouların həyata keçirilməsi üçün müxtəlif ölçü və müxtəlif xüsusiyyətlərə malik led ekranlarımız vardır. Hazırda yalnız LED displey birbaşa günəş işığı altında üstün keyfiyyət əldə etməyə imkan verir.

  • İstənilən işıqlandırma şəraitində şəkil keyfiyyəti
  • Günəş işığı altında aydın görüntü
  • Müxtəlif ölçülü modul ekran həlləri
Ətraflı Bax
Prolyte alüminium fermalar

Ferma (Prolyte Hollandiya)

Piroservis şirkəti sizə Prolyte Hollandiya şirkətinin H40 və X/H30 alüminium məhsullarını təqdim edir. Onlar kompakt ölçülü, az çəkili və çox möhkəm olurlar. H seriyasının məhsullarının əsas trubası daha qalındır (3 mm) və daha dayanıqlıdır.

  • Prolyte H40 və X/H30 seriyaları
  • Kvadrat, üçbucaq və səthi formalar
  • Daxili diaqonalların birləşdiyi etibarlı sistem
Ətraflı Bax
Bütün Xidmətlərlə Tanış Olun

Sizə təkcə ən gözəl proqramı düşünmək qalır

Biz elə bir səviyyəyə çatmışıq ki, artıq şöhrətimiz bizim haqqımızda hər şeyi deyir. Tədbiriniz üçün qiymət təklifi almaq üçün əlaqə saxlayın.