Bakı şəhəri, Heydər Əliyev prospekti 66
AZ RU EN
Əsas Səhifə Xidmətlər Texniki Park Qalereya Haqqımızda Əlaqə

Səhnə və Truss Sistemləri

Orijinal Layher (Almaniya) və Prolyte (Hollandiya) konstruksiyaları.

Layher Səhnə Konstruksiyaları
Almaniya İstehsalı — Layher

Layher Podium və Səhnə Kompleksləri

Layher podium və səhnələri istənilən mərasimin həyata keçirilməsi üçün uyğundur: festival, təqdimat, sərgi, forum, mədəni-kütləvi tədbirlər, konsert, konqres, konfrans, moda nümayişi, seminar, məhsul və xidmətlərin nümayişi, idman tədbirləri, xüsusi və şəhər tədbirləri. Podium və səhnə məkanı bir neçə tərəfdən tamaşaçılar üçün aydın görünən sərbəst formalı məkandır. Müxtəlif kreativ fikirlərin təmin olunması və şou sənayesinin cari ənənəsinə sadiq qalmaq üçün orijinal səhnə kompleksləri quraşdırılır.

Prolyte Fermalar
Hollandiya İstehsalı — Prolyte

Prolyte H40 və X/H30 Alüminium Fermaları

Prolyte şirkətinin alüminium məhsulları arasında H40 və X/H30 seriyaları vardır. Birinci seriyaya üçbucaq və kvadratlar, ikincinə isə kvadrat, üçbucaq və səthi formalar daxildir. Bu formalar kompakt ölçülü, az çəkili və çox möhkəmdirlər. X seriyasına aid əsas truba 2 mm qalınlığa, H seriyasında isə 3 mm-dir. H seriyasının əsas trubası daha qalındır və buna görə də daha dayanıqlıdır.

Professional Səs Təchizatı

Yüksək səs təzyiqi və xətti akustik paylanma təmin edən sistemlər.

Səs Sistemi və Akustika
Premium Klas Audio Sistemlər

Konsert Səs Sistemi, Mikrofon və Səs Gücləndiricilər

Səs sistemi, mikrofon və səs gücləndiricilər olmadan çoxsaylı tamaşaçıların olduğu heç bir tədbiri həyata keçirmək olmaz. Konsertlərin, teatr səhnəciklərinin, moda nümayişlərinin, şouların, festival və təqdimatların təşkili zamanı hər bir konkret yer üçün komplekt akustik hesaba uyğun olaraq seçilir. Demək olar ki, biz “premium” klas sistemi icarəsini təmin edirik. Şirkətimiz rus və alman tərəfdaşları ilə sıx əməkdaşlığa malik olduğundan, istənilən tələbatı ən yüksək səviyyədə qarşılayır.

İşıqlandırma və LED Video Divarlar

Dinamik səhnə vizualları və canlı yayım üçün avadanlıqlar.

Konsert İşıq Avadanlıqları
İntellektual İşıq Sistemləri

Konsert və Tədbir İşıqlandırması

Bütün növ şou, bayram və ictimai tədbirlərin təşkili və keçirilməsi üçün peşəkar işıq avadanlıqları. Konsert, korporativ gecələr, toy, buraxılış gecəsi, təqdimat və banket zallarının işıqlandırılması. Dinamik hərəkətli başlıqlar (Beam, Spot, Wash), lazer şou sistemləri və zal atmosfer işıqları.

LED Video Ekran
Yüksək Dəqiqlikli Ekranlar

LED Video Divarlar və Displeylər

Müxtəlif tədbirlərin, təqdimatların, konsertlərin, bayramların, sərgi və şouların həyata keçirilməsi üçün müxtəlif ölçü və texniki xüsusiyyətlərə malik LED ekranlarımız vardır. Hazırda yalnız LED displey istənilən işıqlandırma şəraitində şəkilin keyfiyyətini saxlamağa və hətta birbaşa günəş işığı altında üstün keyfiyyət əldə etməyə imkan verir.

Pirotexnika və Şar Sistemləri

Təhlükəsiz atəşfəşanlıq texnologiyaları və bədii bəzədilmə.

Pirotexniki Sistemlər
Peşəkar Pirotexnika Texnikası

Rəqəmsal Atış Konsolları və Selyutlar

Yerüstü fişənglər (şəlalələr, fəvvarələr, yanan hərflər, rəqəmlər və loqotiplər), 60 metrə qədər park fişəngləri və 300 metrədək yüksəkliyə qalxan peşəkar atəşfəşanlıq sistemləri. Təcrübəli pirotexniklərimiz tərəfindən musiqi ilə sinxronlaşdırılmış və tam təhlükəsizlik qaydalarına uyğun idarə edilir.

Şarlarla Bəzədilmə
Tədbir Dekorasiyası

Hava Şarları ilə Bəzədilmə və Brendinq

Hava şarları ilə bəzədilmə şən və bayram əhval-ruhiyyəsinin yaradılması üçün ən geniş yayılmış üsuldur. Şarlardan kompozisiyalar, zalların bəzədilməsi, arkalar, fiqurlar, pannolar və şarlar üzərinə loqotiplərin və yazıların çap edilməsi.

Avadanlıq icarəsi və ya layihə üçün qiymət təklifi lazımdır?

Tədbirinizin texniki tələblərini mütəxəssislərimizlə dəqiqləşdirin və ən uyğun konfiqurasiyanı əldə edin.