Səs, işıq, səhnə və video cihazların turnkey icarəsi və pirotexniki xidmətlər.
Bizim şirkət yanan fiqurlar, yazılar kimi pirotexniki xidməti (salyutlar və fişənglər) təqdim edir. Fişənglər, praktiki olaraq istənilən bayramın, toy, ad günü, yubiley, korporativ gecələrin vacib atributlarıdır.
Layher podium və səhnələri istənilən mərasimin həyata keçirilməsi üçün uyğundur: festival, təqdimat, sərgi, forum, mədəni-kütləvi tədbirlər, konsert, konqres, konfrans, moda nümayişi, seminar, məhsul və xidmətlərin nümayişi, idman tədbirləri, xüsusi tədbirlər, şəhər tədbirləri, rəqs-musiqi tədbiri, korporativ tədbir.
Məlumdur ki, pis keyfiyyətsiz səs, onun hazırlanması üçün olan bir çox səylərə baxmayaraq istənilən bayramı korlaya bilər. Səs sistemi, mikrofon və səs gücləndiricilər olmadan çox saylı tamaşaçıların olduğu heç bir tədbiri həyata keçirmək olmaz. Konsertlərin, teatr səhnəciklərinin, moda nümayişlərinin, şouların, festival və təqdimatların təşkili zamanı peşəkar audio təchizat təmin edilir.
İstənilən şirkətin uğuru ilk növbədə onun təşkilatçılığından asılıdır. Bizim şirkətin əsas fəaliyyət sahəsi bütün növ şou, bayram və ictimai tədbirlərin təşkili və keçirilməsi üçün peşəkar səs, işıq və səhnə avadanlıqlarının icarəyə verilməsidir. İşıq sisteminin icarəsi nəinki qala konsertlərin, həmçinin banket zallarının və mərasimlərin işıqlandırılması zamanı tələb olunur.
Müxtəlif tədbirlərin, təqdimatların, konsertlərin, bayramların, sərgi və şouların həyata keçirilməsi üçün müxtəlif ölçü və müxtəlif xüsusiyyətlərə malik led ekranlarımız vardır. Hazırda yalnız LED displey istənilən işıqlandırma şəraitində şəkilin keyfiyyətini saxlamağa və hətta birbaşa günəş işığı altında üstün keyfiyyət əldə etməyə imkan verir.
Piroservis şirkəti sizə Prolyte Hollandiya şirkətinin məhsullarını təqdim edir: H40 və X/H30. Birinci seriyaya üçbucaq və kvadratlar, ikincisinə isə kvadrat, üçbucaq və səthi formalar daxildir. Bu seriyaların tətbiqi çox səmərəlidir, onlar kompakt ölçülü, az çəkili və çox möhkəm olurlar. H seriyasının məhsullarının əsas trubası daha qalındır (3 mm) və daha dayanıqlıdırlar.
Bizim fəaliyyətə daxildir: İnteryer və açıq sahələrin hava şarları ilə bəzədilməsi, zalların və digər otaqların bayram vaxtı bəzədilməsi, toyların, yubileylərin, korporativ bayramların, təqdimat və digər bayram mərasimlərinin bəzədilməsi, hava şarları üzərinə loqotiplərin vurulması.
PYROSERVIS şirkətinin rəsmi tərəfdaşı - LASER NEW TEC (lazer - yeni texnologiyalar) şirkəti sizə innovativ lazer səhnəqrafiyası həllərini təklif edir: gecə klubundan geniş miqyaslı açıq hava şoularına, estrada ulduzlarının konsertlərinə, sərgi və prezentasiyalara qədər.